24 iyun 2013 21:04
Con Toşak biabır etdiyi kluba qarşı
“Xəzər Lənkəran”ın Avropa Liqasındakı rəqibi “Sliema” (Malta) baş məşqçi Con Toşaka tanış komandadı. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssisin bu komanda ilə yolları kəsişib.
Belə ki, 1982/83 mövsümündə Uelsdə “Swansea City” klubunu çalışdıran Toşak Kuboklar Kubokunla “Sliema”ya rəqib olub. Onun komandası ilk oyunda 5:0, cavab matçında isə 12:0 hesablı qələbə qazanaraq maltalıları rəzil edib.
Həmin vaxt Toşak “Swansea City” klubunda oynayan-məşqçi olub və karyerasının son qolunu da məhz bu kluba vurub.
