24 iyun 2013 11:26
Braziliya Uruqvaya, İtaliya İspaniyaya rəqib oldu
FİFA Konfederasiyalar kubokunun yarımfinalçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan qrup mərhələsinin son oyunlarından sonra final mərhələsinin bütün iştirakçılarının adı bəlli olub.
Belə ki, A qrupundan yarımfinala adlayan Braziliya və İtaliyanın ardından B qrupundan İspaniya və Uruqvay da final mərhələsinə yüksəlib.
Yarımfinalda Braziliya digər qrupun ikincisi Uruqvayla qarşılaşacaq. B qrupunun lideri İspaniya isə son Avropa Çempionatının finalındakı rəqibi İtaliya ilə üz-üzə gələcək.
26 iyun
00:00. Braziliya – Uruqvay
27 iyun
00:00. İspaniya - İtaliya
