24 iyun 2013 11:38
Elhad Nəziri yoxlama matçında da oynamadı
Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Zaqreb “Lokomotiv”i ilə qarşılaşıb.
Xorvatiya təmsilçisi ilə görüş sülhlə bitib - 2:2.
Rəsmi görüşlərdə olduğu kimi, baş məşqçi Kosmin Kontra bu oyunda da Nəziriyə şans verməyib.
