24 iyun 2013 12:04
MY azərbaycanlı uşaqlar üçün təlim-məşq toplanışına start verdi
AFFA və Bakcell şirkətinin birgə layihəsi çərçivəsində bu gündən etibarən iyunun 28-ə qədər saat 10:00-dan 17:00-dək “Bakcell Arena”da “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən “Mançester Yunayted” yay futbol məktəbinin təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışı zamanı bütün məşqlər mətbuat nümayəndələri və azarkeşlər üçün açıqdı.
Qeyd edək ki, məşqlər zamanı mətbuat nümayəndələrinin və azarkeşlərin meydançaya daxil olması qadağandı.
