25 iyun 2013 00:25
Nazim Süleymanov: Bəhreyn DÇ-yə hazırdı, biz isə yox
Azərbaycanın hərbçilərdən ibarət yığma komandasının baş məşqçisi Nazim Süleymanov Bəhreynə qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
“Dünya çempionatına hazırlıq baxımından bu, bizim üçün çox vacib oyun idi. Açığını deyim ki, biz bu oyunda zəif təsir bağışladıq. Baxmayaraq ki, qol vurmaq üçün şanslarımız var idi. Rəqib daha yaxşı təsir bağışladı. Hətta deyərdim ki, Bəhreyn DÇ-yə artıq hazırdı, biz isə yox. Bizim hələ üzərində işləməli olduğumuz problemlər var”.