25 iyun 2013 00:16
Azərbaycan təmsilçisi İtaliya klubuna da uduzdu (YENİLƏNİB)
İtaliyada UEFA Regionlar Kubokunun final mərhələsinin A qrupunun oyunları davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qaraçala” turnir çərçivəsində ikinci oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi yerli “Veneto” olib. Hansı ki, bu komanda ilk oyununda Şimali İrlandiya “Eastern Region”u ilə qarşılaşmada 4:1 hesablı qələbəyə sevinmişdi. "Qaraçala" meydan sahiblərinə də uduzub - 0:1.
Maraq üçün xatırladaq ki, “Qaraçala” ilk oyununda Macarıstanın “Keleti” klubuna 0:2 da hesabıyla uduzmuşdu.
UEFA Regionlar Kuboku
Final mərhələsi
A qrupu
24 iyun
Qaraçala – Veneto - 0:1
