25 iyun 2013 00:34
Qarabağ püşkatmada təmsil olunmayıb
Məlum olduğu kimi, ötən gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahında Çempionlar Liqası və Avropa Liqasının püşkatma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, sözügedən təbbirdə klublarımız da təmsil olunublar.
Amma bir istisna olmaqla. Belə ki, “Qarabağ”ın püşkatmada heç bir təmsilçisi olmayıb. Bu üzdən də onların maraqlarını “Xəzər Lənkəran”ın nümayəndə heyəti müdafiə edib.
