25 iyun 2013 00:43
Neftçinin növbəti mərhələ üçün potensial rəqibləri bəlli oldu
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Azerisport.az xəbər verir ki, komandamız ikinci təsnifat mərhələsində Albaniya çempionu “Skenderbeu”nu keçəcəyi halda, kimlərlə qarşılaşa biləcəyi artıq məlumdu.
Onların əksəri ikinci təsnifat mərhələsində çıxış edən klublar olacaq. Amma “Basel”, APOEL və “Austria” mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq komandalardı.
Maraq üçün bildirək ki, “Neftçi” üçüncü təsnifat mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçimizi növbəti mərhələnin püşkatması zamanı daha güclü rəqiblər gözləyir.
“Neftçi” üçüncü təsnifat mərhələsinə vəsiqə qazansa, aşağıdakı klublardan biri ilə görüşməli olacaq:
Basel (İsveçrə)
APOEL (Kipr)
Austria (Avstriya)
BATE (Belarus) – Şaxtyor (Qazaxıstan)
Celtic (Şotlandiya) – Cliftonville (Şimali İrlandiya)
Steaua București (Rumıniya) – Vardar (Macarıstan)
Viktoria – Zeljezniçar (Bosniya və Herseqovina)
Dinamo (Zaqreb, Xorvatiya) – Fola (Lüksemburq)
Shirak (Ermənistan)/Tre Penne (San Marino) - Partizan (Serbiya)
TNS (Uels) - Legia (Polşa)
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkatması iyulun 19-na təsadüf edəcək. Bu mərhələnin oyunları isə iyulun 30-31-də və avqustun 6-7-də keçiriləcək.
