25 iyun 2013 00:52

Böyükağa Hacıyev: İlk oyunun harda keçirilməsi mənə maraqlı deyil

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
 
- Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniya çempionu ilə qarşılaşacaqsız. “Skenderbeu” haqda nə deyə bilərsiz?
- Düzünü deyim ki, “Neftçi”yə uyğun rəqib düşdü. “Skenderbeu” bizim dişimizə görə rəqibi. İndi təlim-məşq toplanışındayıq, məşqlər keçirik. Tezliklə rəqibi analiz etməyə başlayacağıq. Albanların son oyunlarına baxacağıq. Yalnız bundan sonra rəqib haqda daha ətraflı danışa bilərəm.
 
- Yəni bu rəqiblə düşdüyünüzə görə heç bir təəssüf hissi keçirmirsiz ki?
- Xeyr. Kifayət qədər normal variantdı.
 
- Bəs “Skenderbeu”nu sizə rəqib olması gözlənilən digər dörd klubla müqayisə etsək, onda necə?
- Mən Albaniya çempionuna nə zəif, nə də güclü rəqib kimi yanaşa bilmərəm. Ortabab komandadı və “Neftçi” bu klubu mübarizədən kənarlaşdırmalıdı.
 
- Püşkdən öncə “Birkirkara” ilə qarşılaşmaq istədiyini gizlətməmişdiniz...
- Hər şey mənim arzumla olmur axı (gülür). Allah belə məsləhət bildi. Albanlar indiki məqamda bizim qismətimizdi.
 
- Ümumiyyətlə, Albaniya futbolu barədə nə deyə bilərsiz?
- Onların təmsilçiləri bizim gözümüzün qabağındadı. Ansi Aqolli ilə Admir Telini nəzərdə tuturam. Bakıya qayıdan kimi bu rəqib haqqında ətraflı məlumat toplayacağam.
 
- Yəqin bilirsiz ki, azarkeşlər ikinci təsnifat mərhələsində “Neftçi”nin uğursuzluğunu qətiyyən qəbul etməyəcək...
- Biz bu rəqibi keçməyə sadəcə borcluyuq. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bu üzdən də başqa çıxış yolumuz yoxdu.
 
- Bu hədəfinizə çatmaq üçün üç mərhələ keçməlisiz. “Neftçi” buna hazırdı?
- Mən üç addım irəli atıla bilmərəm. Hazırda mənim üçün vacib olan “Skenderbeu” səddini keçməkdi. Sonrasına baxarıq.
 
- İlk oyunun Bakıda olması “Neftçi” üçün münasibdi?
- Bu, mənə maraqlı deyil. Toplananların yerini dəyişəndə cəm dəyişmir!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.