24 iyun 2013 13:10
Məmmədov DÇ-də iştirak edəcək yığmamızın üzvlərinə oyun qaydaları izah etdi (FOTO)
İyulun 2-dən 14-dək Azərbaycanda Hərbçilər arasında 1-ci dünya futbol kuboku turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda mübarizə aparacaq Azərbaycan komandası hazırlığını davam etdirir.
Hazırlıq prosesi çərçivəsində Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komandamızın üzvlərinə oyun qaydaları ilə bağlı ətraflı məlumat verib.
