25 iyun 2013 01:12
“Bu komandanın “qaranlıq rəqib” statusu məni bir qədər narahat edir”
Hazırda komandayla Avstriya toplanışında olan klubun prezidenti Georgi Nikolov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi üçün atılmış püşkatmanın nəticələrilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Bu klub avrokubokda debütantdı. Lakin buna baxmayaraq rəqibə hörmətlə yanaşmaq lazımdı. “Mariehamn” gücü, yüksək sürəti və fiziki qüvvəsilə fərqlənən Finlandiya futbolunun təmsilçisidi. Finlandiyanın bütün klubları “qaranlıq rəqiblərdi”. Orada oynayan futbolçular yaxşı fiziki parametrlərlə fərqlənirlər. Düşünürəm ki, bizə zəif rəqibin düşdüyünü deyə bilmərik. Bizə bu oyunlara böyük məsuliyyət hissilə yanaşmaq lazımdı və səfər oyununda zəruri üstünlüyə nail olmağa çalışmalıyıq. Bunu etmək bizə müyəssər olarsa, o zaman sakit nəfəs almaq mümkün olacaq. Mən rəqibə böyük hörmətlə yanaşıram. Bir daha qeyd edim ki, komandanın “qaranlıq rəqib” statusu məni bir qədər narahat edir. Amma hər halda “İnter”in avrokuboklarda az olmayan təcrübəsi var və ondan, eyni zamanda məşqçinin və oyunçuların təcrübəsindən istifadə etməyə çalışacağıq. İkinci tura gəlincə, ancaq onu demək istəyirəm ki, yaşayarıq görərik. Öncə bizə fin maneəsini keçmək lazımdır, sonrasa ikinci mərhələ barədə düşünmək olar”.
Qeyd edək ki, ilk “Mariehamn” - “İnter” matçı iyulun 4-də baş tutacaq.
