25 iyun 2013 01:34
İnterin rəqibi Avroliqaya feyr-pley reytinqinə görə düşüb
“İnter”in Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi “Mariehamn” qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinə heç də çempionatdakı və ya kubokdakı uğuruna görə qatılmayıb. Azerisport.az xəbər verir ki, bu, Finlandiyanın UEFA tərəfindən açıqlanan feyr-pley siyahısında yüksək reytinqə malik olması nəticəsində gerçəkləşib.
Belə ki, bu siyahıda ilk üçlükdə qərarlaşan ölkələr Avropa Liqasına daha bir vəsiqə əldə edirlər. Finlandiya da məhz belə bir şans əldə edib ki, əlavə vəsiqəyə də “Mariehamn” sahib çıxıb.
