25 iyun 2013 01:50
Syomin gəlir, Qəbələ başlayır
“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin yenidən Azərbaycana gəlir. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis bu gün səhər Bakıya gələcək və birbaşa Qəbələyə yollanacaq.
Syomin bu dəfə artıq komandasını yeni mövsümə hazırlaşdırmaq üçün gəlir. Bu həftənin sonuna kimi “Qəbələ” doğma meydanda hazırlıq keçəcək. İlkin hazırlıqdan sonra isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
