24 iyun 2013 13:56
Azərbaycanlı hakim AÇ-nin final mərhələsinin oyunlarında!
İyulun 20-dən avqustun 1-dək Litvada təşkil olunacaq 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində ölkəmiz 1 hakimlə təmsil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, FIFA laynsmanı Mübariz Haşımov qeyd olunmuş turnirə təyinat alıb.
