24 iyun 2013 14:18
Mahmud Qurbanov: Ən azı iki klubumuz qrup mərhələsində çıxış edə bilər
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi
- Bu gün avrokubokların yeni mövsümünün püşkatmasıdı. Nə gözləyirsiz?
- Klublarımızın ilk rəqibləri ortabab komandalar olacaq. Biz həmin rəqiblərlə görüşlərin favoriti olacağıq. Düzünü deyim ki, mən daha çox növbəti mərhələni gözləyirəm. Məncə, ən azından iki klubumuz Avropa Liqasının qrup mərhələsində oynayacaq gücdədi. Ən azından pley-off mərhələsinə kimi irəliləyə bilərlər. Bu, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”a aiddi.

- Bəs “Neftçi”?
- Onların ötən il qazandığı tarixi uğuru təkrarlamaq şansı varı. Çünki Çempionlar Liqasından Avroliqaya düşmək daha asandı. Hər şey püşkatmada hansı rəqiblə düşmələrindən asılıdı. Amma istənilən halda “ağ-qaralar” ilk rəqibi ilə oyunların favoriti olacaq.

- Yəni ilk rəqibi keçməyə borcludular?
- Əlbəttə. Ümumiyyətlə, klublarımızdan hansısa ilk mərhələni keçə bilməsə, bu, uğursuzluq sayılacaq. Mən potensial rəqiblərin siyahısına baxmışam. Güclü rəqiblərlə növbəti mərhələlərdə qarşılaşacağıq. “Neftçi” üçüncü təsnifat mərhələsində “Steaua”, “Basel” və ya “Partizan” kimi klublarla düşə bilər. Onları keçmək olar. Əgər “Neftçi” Milan “İnter”i ilə səfərdə heç-heçə edirsə, niyə bu komandalara öz gücünü göstərməməlidi?

- Avroliqada da Polşa və Serbiyadan olan klublar var...
- Serblərlə də, polşalılarla da oynamaq olar. “İnter” vaxtilə “Lech”i az qala mübarizədən kənarlaşdıracaqdı. Amma penaltilərlə uduzdu. Heç kimdən qorxmaq lazım deyil. Mənə elə gəlir ki, biz bu avrokuboklar mövsümündə ötən ilkindən də çox uğur qazanacağıq.
- Sizcə, avrokuboklar ərəfəsində komandalarımızın heyətlərində köklü dəyişikliklər etməsi nə dərəcədə normaldı?
- Burda hər şey baş məşqçinin özündən asılıdı. Əgər o, yenilərin komandaya daha tez uyğunlaşmasına nail ola bilsə, heç bir problem olmamalıdı.

- “Neftçi”nin son uğurunu təkrarlamaq, daha da yaxşı nəticə göstərmək Azərbaycan üçün nə dərəcədə vacibdi?
- Məncə, bu, prinsipial dərəcədə vacibdi. Çünki çempionatın səviyyəsini avrokuboklardakı nəticələrə görə müəyyənləşdirirlər. ÇL və Avroliqa klublarımızın, oyunçularımızın reklamı baxımından böyük əhəmiyyət kəsb edir. Biz hələ futbol dünyasında o qədər də populyar deyilik. Ona görə də hər fürsətdə özümüzü sübut etməyə çalışmalıyıq.