24 iyun 2013 14:25
Cavid Hüseynov: Onlar əsgər yox, futbolçulardı
Hərbçilərdən ibarət Azərbaycan yığmasına dəvət olunan “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov Bəhreynlə yoxlama matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, qolsuz bitən görüşlə bağlı bunları söyləyib:
“Pis oynamadıq. Baxmayaraq ki, rəqib də yaxşı təsir bağışladı. Bəhreynin də yaxşı komandası var. Onlar topla bizdən daha yaxşı davranırdılar. Onlar əsgər yox, futbolçulardı. Hər halda əsgər belə futbol oynaya bilməz. Bizim bir yüz faizli qol imkanımız olsa da, qapıçı ilə üz-üzə qalan Elvin Məmmədov bunu dəyərləndirə bilmədi”.