24 iyun 2013 15:01
Hafiz Məmmədov Lensin prezidenti olmayacaq
“Bakı”nın prezidenti Hafiz Məmmədov Fransanın “Lens” klubunda da eyni vəzifəni tutmayacaq. Azerisport.az xəbər verir ki, müxtəlif mənbələrdə onun sözügedən kluba da prezidentlik edəcəyi bildirilirdi.
Lakin bu, hüquqi cəhətdən mümkünsüzdü. Məsələ burasındadı ki, o, hazırda məhz “Bakı”nın prezidentidi və eyni vaxtda digər klubda eyni postu tuta bilməz.
Düzdü, “Lens”ə əsas sponsorluğu Hafiz Məmmədov edəcək. Amma klubun prezidenti Jerve Martel qalacaq.
