24 iyun 2013 15:32
Qarabağ, Xəzər Lənkəran və İnterin potensial rəqibləri müəyyənləşdi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın bu gün baş tutacaq ilkin təsnifat mərhələsinin püşkatması öncəsi potensial rəqibləri açıqlanıb. Azerisport.az xəbər verir ki, klublarımız aşağıdakı klublardan birinə rəqib olacaq:
“Qarabağ”ın potensial rəqibləri: Kukesi (Albaniya), Chixura (Gürcüstan), Milsami (Moldova), Metallurg (Makedoniya), Mladost (Çernoqoriya).
“İnter”in potensial rəqibləri: Mariehamn (Finlandiya), Santa Koloma (Andorra), Chelye (Sloveniya), Fuglarfjordur (Farer adaları), Prestatin Town (Uels), Drogheda United (İrlandiya).
“Xəzər Lənkəran”ın potensial rəqibləri: İrtış (Qazaxıstan), Teleks (Makedoniya), Teuta (Albaniya), Libertas (San Marino), Slima Uonderers (Malta).
