24 iyun 2013 15:57
Şaxtyor Neftçinin rəqibinə 7, Terek 2 qol vurdu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” komandası bu turnirə Avstriyada hazırlaşır. Azerisport.az xəbər verir ki, sözügedən komanda artıq burda iki sınaq matçında da qüvvəsini sınayıb.
“Neftçi”nin rəqibi Donetsk “Şaxtyor”u ilə görüşdə darmadağına üzülüb – 0:7. Rusiyanın “Terek” klubu ilə görüşdə də “Skenderbeu” 2 cavabsız qolla uduzub.
