24 iyun 2013 16:28
Skenderbeunun rəsmisi: Biz Neftçini keçə bilərik
Albaniyanın “Skenderbeu” klubunun meneceri Cerard Takay UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu “Neftçi” ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bizə çətin olacaq. Amma bu komandanı keçə bilərik. Gələcəyə optimist yanaşırıq. “Neftçi” güclü olsa da, mübarizə aparacağıq”.
