24 iyun 2013 16:47
Sliema Wanderers klubunun prezidenti: Azərbaycan haqda çox az məlumatım var
“Xəzər Lənkəran”ın ilk təsnifat mərhələsindəki rəqibi “Sliema Wanderers” klubunun prezidenti Keyt Perri komandamız barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində Malta təmsilçisinin rəhbəri bunları söyləyib:
“Mənim Azərbaycan haqda çox az məlumatım var. Məsələn, bildiyim yeganə şey odu ki, ölkəniz hər il Avroviziyada bizdən 12 bal alır. Niyə? Ona görə ki, sizin insanlar və mahnılarınız xoşumuza gəlir”.
