24 iyun 2013 16:54

Neftçinin rəqibini yaxından tanıyaq

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü alıtdı. Azerisport.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Azərbaycan çempionu “Neftçi” Albaniyanın “Skenderbeu” klubuna rəqib oldu.
 
“Skenderbeu” futbol klubu 1909-cu ilin 15 aprelində Albaniyanın Korçe şəhərində siyasətçi və şair Hile Mosi tərəfindən “Vllazeriya” adı altında yaradılıb. Klub 1925-ci ildə “Skenderbeu” adlandırılıb. “Neftçi”nin rəqibi Albaniyanın tarixi qəhrəmanı Skanderbeqin (İsgəndər bəy) adını daşıyır.

“Skenderbeu” başa çatan mövsümdə Albaniya çempionu olub. Komanda keçirdiyi 26 oyunda 18 qələbə qazanıb, 4 heç-heçə edib, 4 dəfə məğlub olub və 58 xalla ən yaxın izləyicisini 6 xal qabaqlayıb (top fərqi – 43-14).
 
“Skenderbeu” “Neftçi” kimi ardıcıl üçüncü mövsümdü çempionluğu heç kimə vermir. Komanda 2010/11, 2011/12 və 2012/13 mövsümlərində qızıl medallara sahib çıxıb. “Skenderbeu” ilk çempionluğunu 1933-cü ildə qazanıb və ondan sonra 74 il birinciliyə həsrət qalıb.
 
“Neftçi”nin rəqibi 1976, 2005 və 2007-ci illərdə Albaniya I divizionunun, 1958, 1965, 1976 və 2012-ci ölkə kubokunun, 2011 və 2012-də isə Super Kubokun qalibi olub.
 
“Skenderbeu” Çempionlar Liqasında heç vaxt mərhələ adlaya bilməyib. 2011/12 mövsümündə APOEL-ə hər iki oyunda uduzan (0:2, 0:4) komanda ötən mövsüm ilk oyunda yendiyi (1:0) “Debretsen”ə cavab matçında uduzub (0:3).
 
Klubun prezidenti Adrian Takay, baş məşqçisi Mirel Yosadı. “Skenderbeu”nun heyətində Albaniya yığmasının üzvləri çıxış edir. Komandada 7 legioner var. Onlar Nigeriya, Mali, Braziliya, Xorvatiya və Serbiya vətəndaşlarıdı.
 
“Neftçi”nin rəqibi ev oyunlarını Korçe şəhərindəki 12 min azarkeş tutumuna malik “Skenderbeu” stadionunda keçirir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.