24 iyun 2013 17:23
“Bəxtimiz onda gətirdi ki, ilk oyunu səfərdə keçirəcəyik”
“İnter”in baş direktoru Natiq Məmmədov Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri – Finlandiyanın “Mariehamn” klubu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Finlandiya klubunu zəif rəqib saymaq olmaz. Amma bizim bəxtimiz onda gətirdi ki, ilk oyunumuz səfərdədi. Fikrimcə, biz bu komandanı keçə bilərik. Bunun üçün yetərincə gücümüz var”.
“Finlandiya klubunu zəif rəqib saymaq olmaz. Amma bizim bəxtimiz onda gətirdi ki, ilk oyunumuz səfərdədi. Fikrimcə, biz bu komandanı keçə bilərik. Bunun üçün yetərincə gücümüz var”.
