24 iyun 2013 17:31
Xəzər Lənkəranın rəqibini yaxından tanıyaq
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atıldı. Azerisport.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimizdən olan “Xəzər Lənkəran” bu mərhələdə Maltanın “Sliema Wanderers” klubu ilə qarşılaşacaq.
“Sliema Wanderers” futbol klubu 1909-cu ildə Maltanın eyni adlı şəhərində yaradılıb. Klub 2001-ci ildən İtaliyanın regional liqası olan C-B1-də mübarizə aparır. Komanda ev oyunlarını 17 min 800 nəfərlik “Ta’ Qali” stadionunda keçirir.
“Sliema Wanderers” Maltanın ən titulu klubudu. Komanda tarixi ərzində 26 dəfə ölkə çempionu, 20 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub.
İtaliyalı Alfonso Qresonun başçılıq etdiyi komanda son mövsümdə Malta Premyer Liqasını 4-cü pillədə başa vurub.
Komanda tarixi ərzində avrokuboklarda yalnız dörd dəfə mərhələ adlayıb. 1968/69 mövsümündə Kuboklar Kubokunda, 1996/97-də UEFA Kubokunda mərhələ keçən “Sliema Wanderers” 1971/72 və 2003/04 mövsümlərində isə bu sevinci Çempionlar Liqasında yaşayıb.
“Sliema Wanderers”də ölkə yığmasının bir neçə üzvü ilə yanaşı, İtaliya, Argentina və Nigeriyadan 6 legioner çıxış edir.
