24 iyun 2013 18:02
Xəzər Lənkəran məşqləri bərpa etdi (FOTOLAR)
Bir günlük istirahətdən sonra "Xəzər Lənkəran" Almaniyadakı hazırlığını bərpa edib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu gün səhər məşqinə çıxan komanda yarım saatlıq fiziki məşqlərdən sonra qalan 1 saatı toplu çalışmalarla davam etdirib.
Futbolçuların mübarizə əzmi və istəkli çalışmaları məşqçilər korpusunu yetərincə razı salıb. Bu gün axşam daha bir məşqçə çıxacaq "Xəzər Lənkəran"ın düşərgəsində zədəli futbolçu yoxdu və tam heyətlə hazırlıq davam edir.
