25 iyun 2013 11:15

“Mübariz Mənsimov püşklə bağlı heç bir şərh vermədi”

“Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri – Malta “Sliema Wanderers”i ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

“Normal və deyərdim ki, tamamilə layiqli rəqibdi. Onları zəif adlandırmazdım. Son illər Malta futbolu doğrudan da inkişafdadı. Bunun üçün elə ölkənin yığma komandasının oyunlarına, nəticələrinə baxmaq kifayətdi”.
 
Buna baxmayaraq, klub rəsmisi püşkdən razı qaldıqlarını gizlətmir: “Başqa komanda da düşə bilərdi. Görünür bəxtimizdə Malta klubu ilə oynamaq var imiş. Növbəti mərhələyə keçməyə çalışacağıq. Başa düşürük ki, bizim uğurumuz Azərbaycan futbolunun inkişafına xidmət edir”.
 
Lənkəran klubu tarixində yeddinci dəfə avrokuboklara qatılsa da, hələlik cəmi bir dəfə mərhələ adlaya bilib. Bu dəfə Malta klubunu keçəcəyi halda cənub təmsilçisini növbəti mərhələdə Hayfa “Maccabi”si (İsrail) ilə görüş gözləyir. Hacıyev isə hələlik uzağa getmək istəmir:

“Biz ilk növbədə Malta klubunu məğlub etmək haqda düşünməliyik. Bunun üçün isə yaxşı futbol göstərməyimiz lazımdı. İkinci təsnifat mərhələsi haqda indidən düşünməyə dəyməz”.
 
Onun sözlərinə görə, artıq klubun fəxri prezidenti Mübariz Mənsimova da püşkün nəticəsi barədə ətraflı məlumat verilib. Amma Mənsimov püşklə bağlı heç bir şərh verməyib.

“Xəzər Lənkəran”ın ilk oyunu səfərdə keçirməsinə də toxunan klub rəsmisi sonda bunları söyləyib: “Bu, bizim üçün çox yaxşı oldu. Çünki planlarımızı dəyişəsi olmayacağıq. Almaniyadan birbaşa Maltaya gedib, ilk oyunumuzu səfərdə keçirəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.