25 iyun 2013 23:08

Simurqun stadionunun ot örtüyü dəyişdirilir (FOTOLAR)

Zaqatala şəhər stadionunda yenidənqurma işləri davam etməkdədi. Azerisport.az xəbər verir ki, artıq mərkəzi arenanın köhnə süni ot örtüyünün sökülməsi işləri gedir.
 
Bundan qabaq isə drenaj sisteminin yenilənməsi və digər hazırlıq işləri görülmüşdü. İyun ayının əvvələrindən işlərə başlayan Bolqarıstanın "Dinamik Resurs” şirkətinin əməkdaşları əsas meydança ilə paralel, ehtiyat meydanda da yenidənqurma işlərini davam etdirir. Növbəti mövsümün startına qədər işlərin tamamlanması nəzərdə tutulub.
 
Köhnə süni ot örtüyü söküldükdən sonra, ondan istifadə edərək Zaqatalanın böyük kəndlərində yeni meydançalar salınacaq. Orada "Simurq" futbol məktəbləri açaraq, ucqar kəndlərdən mərkəzə gələ bilməyən uşaqların futbolun sirrlərini öyrənməsi üçün imkanlar yaradılacaq. Burada seçilənlər komandanın aşağı yaş qruplarının əsas heyətlərinə cəlb olunacaq.
 
Zaqatala şəhər stadionunda isə Hollandiyanın “Edel Qras” şirkətinin FİFA-nın 2 ulduzlu standartlarına cavab verən, 2013-cü il istehsalı süni ot örtüyü döşənəcək. Bundan başqa stadionun texniki sahələri də təmir ediləcək. Paltardəyişmə və digər texniki otaqlarda yenilənmə işləri görüləcək.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.