25 iyun 2013 23:15
Sumqayıt və AZAL yoxlama oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, "Sumqayıt" 2013/14 mövsümü üçün hazırlığa start verib. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında Sumqayıt İdman Mərkəzində məşq edir.
Artıq "Sumqayıt"ın ilk sınaqçı-rəqibi də məlumdu. İyulun 6-da bu komanda AZAL-la yoxlama oyunu keçirəcək.
Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.
