25 iyun 2013 11:36
Loran Blan Məmmədovun təklifindən imtina etdi
Fransalı futbol mütəxəssisi Loran Blan “Lens” klubunda işləmək təklifi alsa da, bundan imtina edib. Azerisport.az xəbər verir ki, o, elitaya çıxmağı qarşısına hədəf qoyan bu klubdansa, son ölkə çempionu PSG-nin təklifini qəbul edib.
Fransa mətbuatının yazdığına görə, “Lens”ə sponsorluq etməyə başlayan “Bakı”nın prezidenti Hafiz Məmmədov Blana təklif göndərsə də, tərəflər razılaşa bilməyiblər.
