25 iyun 2013 12:04
Xəzər Lənkəranla Qarabağ Avroliqaya 2 gün tez start verəcək
"Qarabağ" və "Xəzər Lənkəran" klublarının UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində, müvafiq olaraq, "Metallurg" (Skopye, Makedoniya) və "Sliema Wanderers" (Malta) komandaları ilə keçirəcəyi qarşılaşmaların tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, "Metallurg" (Makedoniya) - "Qarabağ" və "Slima Wanderers " (Malta) - "Xəzər Lənkəran" oyunları iyulun 2-də keçiriləcək.
Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.
