26 iyun 2013 00:13
Realın yeni baş məşqçisi rəsmən açıqlandı
İspaniyanın “Real” klubu Joze Mourinyodan sonra boş qalmış baş məşqçi vəzifəsinə yeni mütəxəssis gətirib. Azerisport.az xəbər verir ki, gözlənildiyi kimi, Madrid təmsilçisini bundan sonra italiyalı Karlo Ançelotti çalışdıracaq.
Artıq klubun rəsmi saytı da Ançelottinin “Real”ın baş məşqçisi təyin olunduğunu elan edib. Onunla üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ançelottinin son iş yeri Fransanın PSG klubu olub. 54 yaşlı mütəxəssis 18 illik məşqçilik karyerasında "Reggina", "Parma", "Juventus", "Milan" (hamısı İtaliya) və "Chelsea” (İngiltərə) klublarını da çalışdırıb.
