25 iyun 2013 12:23
MY-nin məşqçiləri Bakıda mətbuat konfransı keçirəcək
İyunun 28-də "Bakcell Arena"da AFFA və Bakcell şirkətinin rəsmilərinin, "Mançester Yunayted" futbol məktəbinin məşqçilərinin və MY yay futbol məktəbinin təlim-məşq toplanışında iştirak edən futbolçuların iştirakı ilə mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbir saat 12:00-da başlayacaq.
Qeyd edək ki, MY yay futbol məktəbinin təlim-məşq toplanışı məhz ayın 28-də yekunlaşacaq.
