25 iyun 2013 12:51
Beşiktaşı Slaven Biliç çalışdıra bilər
Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçi axtarışları davam edir. Azerisport.az xəbər verir ki, "qara qartallar"ı yeni mövsümdən Moskva "Lokomotiv"inin sabiq baş məşqçisi Slaven Biliç çalışdıra bilər.
İstanbul klubu artıq rəsmi saytı vasitəsilə də xorvatiyalı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.
Türkiyə mətbuatı isə artıq tərəflərin razılığa gəldiyini iddia edir. Onların iddiasına grə, klub xorvatiyalı mütəxəssislə iki illik müqavilə imzalayıb. Biliçin iyunun 27-də İstanbula gəlməsi gözlənilir.
