26 iyun 2013 00:26
İnter Finlandiya klubunu hansı stadionda qəbul edəcəyini açıqladı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Bakının "İnter" klubunun Finlandiyanın "Mariehamn" komandası ilə keçirəcəyi matçın yeri məlum olub. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "bankirlər" iyulun 4-də Finlandiya təmsilçisini "Bayıl Arena" stadionunda qəbul edəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Finlandiyada baş tutacaq.
