26 iyun 2013 00:21
PSG-nin yeni baş məşqçisi bəlli oldu
Fransanın PSG klubu Karlo Ançelottinin gedişindən sonra komandaya yeni baş məşqçi təyin edib. Azerisport.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Loran Blan gətirilib.
47 yaşlı mütəxəssislə “1+1” şərti ilə müqavilə imzalanıb. L.Blan vəzifəsinin icrasına 2013-cü ilin iyul ayının 1-də başlayacaq.
Xatırladaq ki, L.Blanın son iş yeri Fransa millisi olub. O, 2012-ci ildə bu komandadan istefa verib.
