26 iyun 2013 00:44
Xəzər Lənkəranın planları dəyişdi (FOTOLAR)
“Xəzər Lənkəran” Almaniya toplanışının 5-ci gününü səhər və axşam məşqləri ilə tamamlayıb. Azerisport.az xəbər verir ki, Con Toşakın rəhbərliyi altında futbolçular hər iki məşqdə əsasən toplu çalışmaları yerinə yetiriblər.
Komanda UEFA-nın məlum qərarına əsasən daha erkən Almaniyanı tərk edəcəyindən yoxlama oyunlarında dəyişiklik baş verib. Belə ki, nəzərdə tutulan iki yoxlama oyunundan yalnız biri baş tutacaq. “Xəzər Lənkəran” məskunlaşdığı “Marc Aurel” otelinin futbol meydançasında “İnqolştad” komandası ilə üz-üzə gələcək. Matç keçirilən günün axşamı, iyun ayının 30-na keçən gecə komanda Maltaya yola düşəcək.
Bu gün isə məşqçilər korpusu bir məşq nəzərdə tutublar. Günorta saatlarında komanda məskunlaşdığı Bad Gogginq qəsəbəsində gəzintiyə çıxacaq.
Axşam məşqindən fotoları təqdim edirik:
