25 iyun 2013 13:17
“Neftçidə konkret dedilər ki, “sən oynamayacaqsan”
“Sumqayıt”ın yeni transferi, futbol üzrə Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlunun azerisport.az saytına müsahibəsi
- “Sumqayıt”a keçidinizlə bağlı nə deyə bilərsiz?
- Bunu düzgün seçim hesab edirəm. Hələ ötən mövsümün sonunda mənə bu komandaya keçmək təklif olundu. Güvəndiklərinə görə sağ olsunlar. Çalışacağam ki, ümidlərini doğruldum. “Sumqayıt” qısa müddət ərzində özündən söz etdirməyi bacarıb. Komanda gənc və təcrübəli yerli futbolçuların sintezindən qurulub. “Sumqayıt”ın uğur qazanmasına kömək etməyə çalışacağam.

- Bu, karyeranızı davam etdirmək üçün yeganə variant idi?
- Başqa variantlar da var idi. Amma onlarla xüsusi maraqlanmırdım. Fikrimcə, indiki məqamda “Sumqayıt” mənim üçün ən yaxşı variantdı.

- Bəs niyə “Simurq”a keçmədiniz. Axı sizi bu komanda da istəyirdi...
- Mən bunu mətbuatdan oxumuşam. Az qala onlarla müqavilə bağladığımı yazırdılar. Halbuki, mən onlarla heç danışıq aparmamışam. Bu informasiyaların hardan qaynaqlandığını da bilmirəm. Ümumiyyətlə, son vaxtlar mətbuatdan özüm haqda çox maraqlı faktlar öyrənirəm.
- Məsələn?
- Məsələn, guya “Simurq”dan özümü reklam etmək üçün istifadə edirəm. Yaxud da ailəmdə problemlər olduğunu yazırlar. Adımdan müxtəlif müsahibələr gedir. Guya özümə çox bahalı maşın almışam. Əgər mən mətbuatla az ünsiyyət qururamsa, bu o deməkdi ki, haqqımda nə gəldi uydurulmalıdı? Mənə reklam lazım deyil. Hamı necə futbolçu, adam olduğumu yaxşı bilir. Kimsə bunları mənə qarşı qəsdən edir. Amma niyə və kim edir, çox maraqlıdı.

- Son mövsümlər sizin üçün çox da uğurlu alınmır. Niyə?
- Razıyam. Kimə lazımdısa, gözəl bilirlər ki, “Neftçi”də mövsümün sonuna qədər niyə ehtiyatda oturdum.
- Niyə?
- “Neftçi”də mənə konkret dedilər ki, “sən oynamayacaqsan”. Daha nə etməliydim ki? Buna görə də qışa qədər gözlədim və komandadan ayrıldım.

- Bu, Rail Məlikovla dost olduğunuza görəydi?
- Ətraflı şərh vermək istəmirəm.
- Ətraflı şərh vermək istəmirəm.
- Düzdü ki, “Neftçi” sizə olan borcunu ödəməyib?
- Bunu mətbuatla müzakirə etmək istəməzdim. “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram.

- Bəs AZAL-da işləriniz niyə yaxşı getmədi?
- Qışda mənim Türkiyə birinci liqasına getmək variantım da var idi. Amma ailə vəziyyətimlə əlaqədar qalmalı oldum. AZAL-a Vaqif Sadıqova görə getmişdim. Yanvardan maya qədər mənim üçün çox çətin dövr oldu. Buna görə futbola tam köklənə bilmirdim. Sadıqov sağ olsun ki, bütün bunları bilə-bilə məni komandaya götürdü. İndi “Sumqayıt”da yenidən özümü göstərib, milliyə qayıtmaq istəyirəm.

- Berti Foqtsun müqaviləsinin müddəti tezliklə başa çatacaq. Siz onun qalmasını istəyirsiz?
- Bu haqda mən yox, AFFA rəhbərliyi qərar verəcək. Mənim futbolçu kimi inkişafımda Foqtsun da müəyyən xidmətləri var. Yaxşı məşqçidi. Qalıb-qalmamasından asılı olmayaraq, ona uğurlar arzulayıram.