26 iyun 2013 00:59
Pantiç Bakıda ən azı iki il çalışacaq
“Bakı”nın yeni baş məşqçisi Milinko Pantiçin paytaxt klubu ilə neçə illik anlaşdığı müəyyənləşib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis ən azı iki il “zolaqlılar”ın sükanı arxasında çalışacaq.
Artıq müqavilənin bütün detalları razılaşdırılıb. Müqavilənin “Bakı”nın prezidenti Hafiz Məmmədov Azərbaycana qayıtdıqdan sonra imzalanması gözlənilir. O, bu həftənin sonuna qədər Bakıya dönməlidi.
Qeyd edək ki, Pantiç artıq dünəndən yeni komandasını məşqə çıxarmağa başlayıb.
