26 iyun 2013 01:22
Neftçinin rəqibi Volqaya da məğlub oldu
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi – Albaniyanın “Skenderbeu” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Albaniya klubu Rusiyanın “Volqa” klubu ilə qarşılaşıb.
Görüş rusların 2:0 hesablı qələbəsi ilə başa çayıb.
Qeyd edək ki, bu, “Skenderbeu”nun sayca üçüncü yoxlama oyunu idi. Bundan öncə “Neftçi”nin rəqibi Donetsk “Şaxtyor”una (Ukrayna) 0:7, Rusiyanın “Terek” klubuna 0:2 hesabıyla uduzmuşdu.
