26 iyun 2013 01:36
UEFA-dan Fenerbahçe ilə Beşiktaşa şok cəza!
UEFA Nizam-İntizam Komitəsi danışılmış oyunlarda adları hallanan Türkiyənin “Fenerbahçe” və “Beşiktaş” klubları haqda yekun qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu "qara qartallara"ı 1 il , "sarı lacıvərdlilər"i isə 2+1 illik Avropa miqyaslı yarışlardan kənarlaşdırıb.
Bu qərarın ardından rəsmi internet səhifəsində açıqlama verən hər iki klub Beynəlxalq İdman Arbitraj məhkəməsinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, UEFA-nın verdiyi qərarların yerinə yetirələcəyi təqdirdə Türkiyədən Çempionlar Liqasına "Bursaspor", Avropa Liqasına isə "Kayserispor" və "Kasımpaşa" gedəcək.
