26 iyun 2013 01:41
MY-nin məşqçiləri azərbaycanlı uşaqlara dərs keçir (VİDEO)
AFFA və Bakcell şirkətinin birgə layihəsi çərçivəsində “Bakcell Arena”da “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən “Mançester Yunayted” yay futbol məktəbinin təlim-məşq toplanışı keçirilir. Azerisport.az xəbər verir ki, ilk məşdə iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin nümayəndəsi Aynur Abjanova və AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov çıxış edərək seçim turunda fərqlənmiş uşaqlara uğurlar arzulayıblar.
