26 iyun 2013 01:54

“İnterin hədəfi iki mərhələ keçməkdi”

“İnter”in baş direktoru Natiq Məmmədov Avropa Liqasının ilkin təsnifat mərhələsindəki rəqibləri – Finlandiyanın “Mariehamn” klubu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Mən rəqibimizin zəif komanda olduğunu deməzdim. Bizə tamamilə normal komanda düşüb. Amma biz bu komandanı keçməyə borcluyuq. Bunun üçün yetərli gücümüz var. Allah eləsin ki, öz imkanlarımızdan lazımınca istifadə edə bilək”.
 
Avrokuboklardakı ən bəxtsiz komandalarımızdan sayılan “İnter”in rəsmisi bu mövsümə optimist fikirlərlə yanaşır: “Bizim hədəfimiz iki mərhələ keçməkdi. İkinci mərhələdə “Celje” (Sloveniya) – “Tromse” (Norveç) cütünün qalibi ilə görüşə bilərik ki, bundan da razıyam. Çünki daha təhlükəli komandalarla düşə bilərdik. Amma bu, baş vermədi. Həm Sloveniya, həm də Norveç klubu ilə oynaya bilərik. Onlar da təxminən bizim gücümüzdədi”.
 
Məmmədov “İnter”in transfer siyasətindən də danışıb: “Komandanı həqiqətən xeyli oyunçu tərk etdi. Bizim onlara ehtiyacımız var idi. Amma belə alındı. Əvəzolunmaz futbolçu yoxdu. Bizim öz gənclərimiz var. Onların bəzisini əsas komandaya cəlb etmişik. Həmin oyunçuları avrokubok oyunlarında da görəcəksiz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.