26 iyun 2013 02:17
“Qarabağı məğlub etməyə hazırlaşırıq”
Makedoniyanın “Metallurg” klubunun kapitanı Mile Krstev Avropa Liqasının ilk təsnifat mərhələsində “Qarabağ”a rəqib olmalarına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz hər il avrokuboklardakı nəticələrimizi yaxşılaşdırmağa çalışırıq. Makedoniyanın yaxşı reytinqə malik olması üçün bütün klublarımızın qələbə qazanması lazımdı. Biz də “Qarabağ”ı məğlub etməyə hazırlaşırıq. Avroliqanın ikinci təsnifat mərhələsinə vəsiqə qazanmaq üçün buna borcluyuq”.
