26 iyun 2013 02:35
Xəzər Lənkəranın rəqibi böyük hesabla uduzdu
“Xəzər Lənkəran”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi – Maltanın “Sliema Wanderers” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Maltanın digər təmsilçisi “Valletta” ilə qarşılaşıb.
Görüş “Xəzər Lənkəran”ın rəqibinin məğlubiyyəti ilə başa çatıb. “Valletta” bu komandanı darmadağın edib – 3:0.
