25 iyun 2013 14:53

“O, Azərbaycanı futbol vasitəsilə bütün dünyaya tanıtdırmaq istəyir”

Fransanın “Lens” klubunun və “Bakı”nın sabiq futbolçusu Nenad Kovaçeviç müsahibəsində Hafiz Məmmədovdan, ölkəmizdəki karyerasından danışıb.
 
- Azərbaycanda keçirdiyiniz mövsümü necə xatırlayırsız?
- Etiraf etmək lazımdı ki, hər şey yaxşı alındı. Orda gördüklərim hətta məni təəccübləndirdi. “Bakı”da mən xeyli artırdım. Komanda ilə ölkə kubokunu qazandım. Ən əsası bu ölkədə futbolun sevildiyini gördüm. Klubun çoxlu pulu var. Buna baxmayaraq, mən yenidən Fransaya qayıtmağa qərar verdim. Niyə? Sadəcə, mənim üçün dolu tribunalar qarşısında oynamaq çox önəmlidi. Təəssüf ki, Azərbaycanda çox az adam gəlirdi. Hər oyunda 500-700, ən yaxşı halda 1000 azarkeş görmək olurdu.
 
- Deyilənə görə, bir neçə azərbaycanlı futbolçu “Lens”də çıxış edə bilər. Siz bu ölkənin futbolçularının səviyyəsi barədə nə deyə bilərsiz?
- Onların səviyyəsinin çox yüksək olduğunu deməzdim. Amma aşağı da deyil. Yüksək liqada çıxış edən futbolçular yaxşı səviyyədədilər. Çoxlu yaxşı yerli futbolçu var. Legioner futbolçular, məşqçilər də bu ölkənin futboluna az uğur qazandırmır. Ümumiyyətlə, Azərbaycan yaxşı maliyyə şərtlərinin sayəsində futbol dünyasında özünə yer tutmaq istəyir.
 
- Hafiz Məmmədov haqda nə bilirsiz?
- Mən “Bakı”da oynayanda, o, klubun prezidenti idi. Çox iddialı inşandı. Futbol üçün çox iş görür. Çox məsuliyyətlidi. Düzünü deyim ki, mən onu elə də çox görmürdüm. Çünki iş adamı olduğundan çox vaxt səfərlərdə olurdu. Hamı onun haqqında yaxşı fikirlər səsləndirir. O, sadəcə futbol vasitəsilə Azərbaycanı bütün dünyaya tanıtdırmaq istəyir.
 
- Sizcə, o, “Lens” üçün faydalı olacaq?
- Fikrimcə, bu, çox müsbət amildi. Bakıda o, öz klubu üçün stadion, yeni meydançalar, baza inşa etdirdi. “Bakı” üçün çox şey edib.
 
- “Lens”də çıxış etdiyiniz günləri necə xatırlayırsız?
- Bu, mənim karyeramda çox önəmli təcrübəydi. Təəssüf ki, komanda indi ikinci liqadadı. Klubun indiki vəziyyətini başa düşməkdə çətinlik çəkirəm. Amma məncə, bu komanda yenidən Liqa 1-ə qayıtmağa layiqdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.