25 iyun 2013 15:10
Mübariz Mənsimov Mirça Luçeskunu gətirir
Mübariz Mənsimov Türkiyənin “Fenerbahçe” klubuna yardım edəcək. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Mirça Luçeskunun İstanbula gəlişinə dəstək olacaq.
Belə ki, “Fenerbahçe” Mənsimovun köməkliyi ilə “Şaxtyor”un prezidenti Rinat Ahmedovu razı salmağa çalışır. Azərbaycanlı iş adamının Ahmedovu Luçeskunun gedişinə icazə verməyə razı salacağı deyilir.
