25 iyun 2013 15:33
Sumqayıt da yeni mövsüm üçün hazırlığa başladı
"Sumqayıt" 2013/14 mövsümü üçün hazırlığa start verib. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında dünən Sumqayıt İdman Mərkəzində ilk məşqinə çıxıb.
Yeni transferlər - Zaur Həşimov və Saşa Yunisoğlu da hazırlıq prosesində iştirak edib. Bərpa prosesi keçən Vurğun Hüseynov isə 3 gündən sonra məşqlərə başlayacaq. Vüqar Əsgərov da artıq komanda ilə birlikdədi. O, bu gün kollektivə qoşulacaq. Yenilərdən Budaq Nəsirov və Anar Nəzirov isə milli komandaların heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qoşulacaq.
