26 iyun 2013 11:30
Bakının sabiq yarımmüdafiəçisi Qarabağa qarşı oynamayacaq
“Bakı”nın sabiq yarımmüdafiəçisi Çvetan Çurlinov hazırda karyerasını Makedoniyanın “Metallurg” klubunda davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən komanda Avropa Liqasının ilkin təsnifat mərhələsində “Qarabağ”ın rəqibidi.
Amma Çurlinov böyük ehtimalla yenidən Azərbaycana gələ bilməyəcək. Məsələ burasındadı ki, o, Skopye təmsilçisi ilə yollarını ayırmağa hazırlaşır.
Çurlinovun hazırda Türkiyənin “Boluspor” klubuna keçidi gündəmdədi. Onun tezliklə yeni klubu ilə müqavilə imzalaması gözlənilir.
