27 iyun 2013 00:17
AZAL yeni mövsümün hazırlığına yeni futbolçularla başladı (FOTOLAR)
AZAL-da yay fasiləsi başa çatıb. Azerisport.az xəbər verir ki, Bakı klubu baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında məşqlərə start verib.
“Ağsu”dan transfer olunan Natiq Kərimi və millimizin sabiq üzvü Fərid Quliyev də paytaxt klubunun məşqində iştirak edib. Legionerlərdən Viktor İbekoyi, Vladimir Boqdanoviç və Bronislav Arseniyeviç hazırlıqlara qatılıb. Xuan Fransisko, Aylton və Con Oluremi də tezliklə düşərgəyə qoşulacaq. Oskar Klyava isə ayın 28-də Bakıda olacaq.
