26 iyun 2013 11:41
Sliema – Xəzər Lənkəran matçının baş hakimi açıqlandı
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin “Sliema” – “Xəzər Lənkəran” matçının keçirilmə yeri və baş hakimi açıqlanıb. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Taqalidəki “Centenary” arenada baş tutacaq.
Görüşü estoniyalı hakimlər idarə edəcəklər. Baş hakim Eyko Saar olsa da, onun köməkçilərinin kimliyi hələlik açıqlanmır.
Qeyd edək ki, bu görüş iyulun 2-də keçiriləcək. Amma qarşılaşmanın dəqiq başlama saatı hələ müəyyənləşməyib.
